• Зарплата
  • Город/район работы
  • Профессиональная область
  • Тип занятости
  • Стаж работы
  • Социальные группы
  • Обновлены

"Veysəloğlu-Yaycılı Qardaşlar" MMC

Сайт: https://www.ulduz.com.az/, Численность: 100-1000

2001-ci ildən fəaliyyətə başlayan “Ulduz” Şokolad Fabriki tez bir zamanda yerli bazarın sevimli qənnadı istehsalçısına çevrilərək “Milli brend” statusunu qazana bilmişdir. Qənnadı məmulatları və qida məhsulları sənayəsinə yeni keyfiyyət və dad gətirən fabrik, ən müasir standartlara cavab verən, ekoloji və gigiyenik baxımdan təmiz və təhlükəsiz şokoladlar, karamellər istehsal edərək istehlakçıları illərdir ki, məmnun etməkdədir. Bir neçə istehsal xətti ilə fəaliyyət göstərən fabrik “Xonça”, “Rocky”, “Tango”, “Coco”, “Sweet”,“Moredo”, “Belore” kimi şokolad və karamellər istehsal etməkdədir. Öz üstünlükləri ilə daxili bazarda rəqibsiz olan fabrik, bu gün dünyanın ən qabaqcıl müəssisələri ilə rəqabət apara biləcək gücdədir, belə ki, “Ulduz” markaları hazırda 20 – ə qədər ölkəyə - Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Litva, Estoniya, Çin, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Yəmən, İran, Malaziya, Fələstin, Birləşmiş Ərəb Əmirlikləri - ixrac olunur. Fabrik, İngilis Pərakəndəçilər Birliyi, Beynəlxalq Qida Standarlarını alan ilk yerli qida müəssisəsi olmaqla yanaşı, digər yerli və beynəlxalq qurumların da standartlarını qazanmışdır. İşçilərin sayı təxminən 400-ə qədərdir. İşçilərin hər biri ilə işə başlamazdan öncə əmək müqaviləsi bağlanılır. Şirkətdə çalışan işçilər üçün nahar və servis xidməti mövcuddur.
"Veysəloğlu-Yaycılı Qardaşlar" MMC ничего не найдено .
Войти на сайт